Qan qruplarının irsən keçməsi

Uşağın qan qrupu onun anası və atasının qan qruplarından asılıdır. Qanın bəzi xüsusiyyətlərinə görə, tibbdə 4 qan qrupu seçilir:

I (0), II (A), III (B) və IV (AB). Ana və atanın qan qrupları eyni və ya müxtəlif olduqda, uşaqların qan qrupları da müxtəlif ola bilər. Misal üçün, ananın və atanın qan qrupları I və IV olduqda, onların uşaqlarında ya II-ci  ya da III-cü qan qrupu ola bilər.


Ardı →

Qan və limfa sistemi

Qan, limfa, toxuma və beyin-onurğa beyni mayesi ilə birlikdə orqanizmin daxili mühitini təşkil edir. Qan damarlar daxilində cərəyan edir və bir sıra funksiyaları yerinə yetirir: nəqliyyat, tənəffüs, trofik, ekskretor, bədən hərarətinin tənzimi, müdafiə və s.
1. nəqliyyat funksiyası – qan vasitəsilə qazlar, qida maddələri, mübadilə məhsulları, hormonlar, mediatorlar, elektrolitlər, fermentlər və s. daşınır.
2. tənəffüs funksiyası – eritrositdə olan hemoqlobin hesabına oksigen ağciyərlərdən toxumalara, karbon qazı isə toxumalardan ağciyərlərə daşınır.
3. trofik funksiya – qana keçmiş qida maddələri toxumalara daşınır.
4. ekskretor funksiya – mübadilənin son məhsulları (sidik cövhəri, sidik turşusu, kreatinin, karbon qazı və s.) qan vasitəsilə böyrəklərə, tər vəzilərinə, ağciyərlərə, bağırsaqlara daşınır və oradan da orqanizmdən xaric edilir.
5. termorequlyasiya funksiya – bir çox fizioloci mexanizmlər hesabına qanın damarlardan müxtəlif nahiyələrə ötürülməsi ilə baş verir; belə ki, qanın dəri kapillyarlarına daha çox toplanması istiliyin itməsinə səbəb olur. Daxili orqanlara qan toplandıqda isə əksinə istilik az itirilir.


Ardı →

Qan dövranı

1. Böyük qan dövranı — Bu qan dövranı ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır. Sol əyriliyindən ayrılan yuxu və körpücükaltı arteriyaları ilə baş beyni, boynu və kürək nahiyəsini qanla əhatə edir. Elə həmin nahiyədən ürəyin özünü qidalandıran tac arteriyası çıxır. Sonra isə aşağı enərək kiçik və böyük arteriyalara şaxələnməklə qarın boşluğu və kiçik çanaqdakı daxili orqanları, gövdədəki toxuma və üzvləri, eləcə də aşağı ətrafları əhatə edərək qida maddələrini, suyu, hormonları, oksigen və s. çatdırır. Toxuma və üzvlərdə maddələr və qazlar mübadiləsi getdikdən sonra qan kapilyarlardan vena damarlarına keçərək aşağı və yuxarı boş venalarla ürəyin sağ qulaqcığına daxil olur.


Ardı →

Ürək və qan damarları

Ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur.
Ürəyin sol mədəciyindən çıxan aorta və sağ mədəciyindən çıxan ağ ciyər arteriyası arasında isə aypara qapaqları olur. Aypara qapaqları mədəciklərdən çıxan qanın geri axmasının qarşısını alır. Ürək qapaqcıqları qanın qulaqcıqdan mədəciyə, mədəcikdən isə aorta və arteriyaya birtərəfli axmasını təmin edir.
Ürəyin yuxarı genişlənmiş hissəsi əsası, nisbətən daralmış aşağı hissəsi isə təpəsi adlanır. İnsan ürəyinin kütləsi təqribən 250-360q arasında dəyişir.


Ardı →

Qan

Qanın tərkibi.Böyük adamın  orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri- eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi  hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir.
Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir. Hər birinin mühüm əhəmiyyəti vardır.


Ardı →

Ürək-damar sisteminin xəstəlikləri

Bu sistemin xəstəliklərinin ümumi əlamətləri aşağıdakılardır: təngnəfəslik, ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, başgicəllənməsi, qızdırma. Taxikardiya bəzən müxtəlif emo­siyaların nəticəsi kimi sağlam adamlarda da ola bilər. Bu zaman pişikotu kökünün preparatları yaxşı təsir göstərir. Ürək nahiyəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.
Təngnəfəslik karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında venoz durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindən biridir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, başağrısı, bayılma və zəiflik olur.
Davamı →

Ürək-damar sistemi

Ürək-damar sisteminin mərkəzi orqanı ürəkdir, periferik hissəsini isə damarlar təşkil edir. Qan damarları arteriya, vena və kapillyarlara bölünür. Qanı ürəkdən periferiyaya aparan damarlara arteriyalar, periferiyadan ürəyə gətirən damarlara venalar, arteriyalarla venaları birləşdirən mikroskopik damarlara isə kapillyarlar deyilir.
Qan bədəndə cərəyan edərkən venalarla ürəyə gəlir və arteriyalarla periferiyaya qayıdır. Qan orqan və toxumalara qida maddələri və oksigen daşıyır. Ürək-damar sistemi bədəndə iki dövran təşkil edir: böyük və kiçik qan dövranı.
Davamı →